Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri keçirilmişdir

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri keçirilmişdir

ATGTİ tərəfindən həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Dil inkişafı klubunun təşkilatçılığı ilə Sabunçu Gənclər evində “What’s up?” adlı tədbir keçirilmişdir

Disput və dialoqların aparılması təcrübəsində xarici dil bacarıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədini daşıyan tədbirdə iştirakçılar müxtəlif maraqlı oyunlarda və danışıq klublarında iştirak etmişdirlər. Daha sonra tədbir iştirakçılar tərəfindən hazırlanmış musiqili kompozisiya ilə davam etmişdir. Sonda ən aktiv üç tələbə sertifikatla təltif edimişdir.